63bc57907d55263bc57907d553167328756863bc57907d54f63bc57907d550

Sentyabrın 22-si Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.

Xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində güllə xəsarəti alan hərbçi xəstəxanaya çatdırılsa da, göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Əslən Ağdam rayonundan olan O.Ağayevin atası Azər Ağayev Birinci Qarabağ müharibəsi veteranıdır və Mingəçevirdə yerləşən Ağdam rayon 51 saylı orta məktəbin hərbi rəhbəridir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən vəfat edən 23 yaşlı leytenantın fotosunu təqdim edir:

***08:47

Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, 23 yaşlı leytenant xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Xəstəxanaya çatdırılan hərbi qulluqçu göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Paylaş: