
Putin və Çin lideri Si Szinpin qarşılıqlı səfərlərə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Söhbət mayın 9-da Moskvada Böyük Vətən müharibəsində Qələbənin və sentyabrda Pekində İkinci Dünya müharibəsinin başa çatmasının ildönümünün qeyd olunmasından gedir.
“Bəli, belə təmaslar hazırlanır, səfərlər var. Biz həm həmin mühüm hadisələrin xatirəsi, ölkələrimizin nasist təzahürlərinə qarşı mübarizəyə töhfəsi, həm də ikitərəfli münasibətlərimiz üçün bu tarixlərin simvolikasına qarşılıqlı böyük əhəmiyyət veririk. Ona görə də indi belə təmaslar fəal şəkildə hazırlanır”, – Peskov deyib.
Qeyd edək ki, Moskvadakı 9 May paradını bu il Slovakiya, Serbiya, Fələstin, Braziliya liderlərinin ziyarət edəcəyi gözlənilir. Ukrayna müharibəsi başladıqdan sonra Rusiyanın bu tədbirini ziyarət edən liderlərin sayı kəskin azalıb. Bu tədbirlərə adətən MDB dövlət başçıları qatılır.
Əliyar Xəlil
Globalinfo.az