2abc68b5 1d5a 495b b53a bac8d3acd9c3

Ölkəmizin ilk uşaq markası “Shokki Mokki” 8 Mart – Beynəlxalq qadınlar günü münasibəti ilə təşkil olunan tədbiri dəstəkləyib.

Globalinfo.az bildirir ki, Vətənimizin bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin xanımları və onların övladları üçün keçirilən tədbirin təşkilində yaxından iştirak etmiş adıçəkilən marka uşaqların maraqlı vaxt keçirməsi üçün animator dəvət edib, maraqlı müsabiqələr təşkil edib. Uşaqlara maraqlı hədiyyələrin təqdim edildiyi tədbirdə müxtəlif məşhur müğənnilər də iştirak ediblər.

Qeyd edək ki, “Shokki Mokki”  “Xoşbəxt böyüyən sabahlar” şüarına sadiq qalaraq paytaxt və bölgələrdə yaşayan uşaqların uğurlu gələcəyi üçün müxtəlif layihələr həyata keçiri. Milli marka tərəfindən reallaşdırılan “Məktəbim” layihəsi çərçivəsində yüzlərlə uşaq məktəbəqədər təhsillə təmin edilir. UAFA təşkilatı birgə həyata keçirilən bu layihə ölkəmizin ən böyük Korporativ Sosial Məsuliyyət layihələrindən biridir.

0d9aadc4 c455 4d75 8702 247aa285b2ed d05181a6 a3a6 4a35 86f3 72fb392df7ab

573e9d50 8a04 47b1 9aa4 7bcfbf6bf93b 395d81f0 5d3b 46d0 8c71 2540a4c311b5

Paylaş: