haci sabir hesenli

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin sədri Hacı Sabir Həsənlinin vəziyyəti pisləşib. 

Globalinfo.az bildirir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, ürəyində qəfil problemlər yaranan Hacı Sabir Həsənliyə təcili həkimlər çağırılıb. Həkimlərin müdaxiləsindən sonra sədr müavini xəstəxanaya aparılıb. Hazırda müalicə-profilaktik tədbirlər davam etdirilir.

Faktı Manset.az-a Hacı Sabir Həsənlinin özü də təsdiq edib:

“Ürəyimdə problemlər var. Hazırda müalicələr alıram”.

Qeyd edək ki, Hacı Sabir Həsənli Bakı İslam Universitetinin sabiq rektorudur, uzun illərdir Qafqaz Müsəlmanları İdarəsinin sədr (Şeyxin) müavinidir.

Paylaş: