Şeyx İbrahim, Hacı Çələbi və Cavanşirə heykəl qoyulsun – TƏKLİF

“Azərbaycanda vətənpərvərliyi inkişaf etdirməkdən ötrü təklif edirəm ki, Şeyx İbrahim, Hacı Çələbi və Cavanşirin heykəlləri qoyulsun”.

Globalinfo.az bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat Qəbələnin Albaniyanın paytaxtı olması ilə bağlı yubiley keçirilməsini də təklif edib: “Şamaxıda “Dörd qapılar” deyilən yer də qoruq elan edilsin”.