93a1160fc6ee7475c8bc8525f9472a7c 587

“Hizbullah” qruplaşmasının rəhbəri Şeyx Həsən Nəsrullahın öldürüldüyü təsdiqlənib.

Globalinfo.az  xəbər verir ki, bu barədə təşkilat özü məlumat yayıb.

Qruplaşma İsraila qarşı mübarizəni davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Həsən Nəsrullah 1992-ci ildən “Hizbullah”a rəhbərlik edirdi.

***12:26

İsrail Silahlı Qüvvələri “Hizbullah” lideri Şeyx Həsən Nəsrualların öldürülməsi ilə bağlı yayılan informasiyanı təsdiqləyib.

Globalinfo.az  xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Dahiya bölgəsi istiqamətində İsrailin hava hücumu nəticəsində təşkilatı lideri, onun qızı və cənub qanadının başçısı Ali Karkinin öldürüldüyü bildirilir.

İsrail qətlə yetirilən Hizbullah komandanlığının fotosunu da paylaşıb.

***12:15

“Hizbullah” lideri Şeyx Həsən Nəsrullah öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusuna yaxın mənbələr məlumat yayıb.

Onunla sonuncu dəfə sentyabrın 28-də əlaqə saxlanıldığı bildirilib.

Hələlik “Hizbullah” öz liderinin ölümünü nə təsdiq, nə də təkzib edib.

Paylaş: