u 012

Ağstafa rayonunun Qırılı kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimiz Nəriman Məhəmməd oğlu Həsənovun qardaşı, müharibə veteranı Nəsimi Həsənov keçirdiyi avtoqəza səbəbindən stasionar şəraitdə müalicə olunduğu Qazax Rayon Mərkəzi Xəstəxanasında ziyarət olunub.

Globalinfo.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov məsul şəxslərlə birlikdə müharibə veteranına baş çəkib, səhhəti və müalicəsinin gedişatı ilə yaxından maraqlanıb. Həkimlər bildiriblər ki, zəruri təhlil və diaqnostik prosedurlar əsasında təyin edilmiş kompleks müalicə prosesi uğurla davam edir və pasiyentin həyatı üçün hər hansı bir təhlükə yoxdur. N.Həsənov isə öz növbəsində tibb personalının ona göstərdiyi peşəkar qulluq və inetnsiv terapiya xidmətlərindən yüksək məmnunluğunu ifadə edib. O, dövlətimizin şəhid ailələrinin üzvlərinə, qazilərə, eləcə də digər həssas qruplara göstərdiyi xüsusi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Uca Tanrıdan Vətənimizin şəhid övladlarına rəhmət diləyir, qazilərinə və səhhətləri ilə bağlı müalicə olunan bütün müharibə iştirakçılarına tezliklə sağlamlıqlarına qovuşmasını arzu edirik!

Seymur Orucov avtoqəza keçirən şəhid qardaşını xəstəxanada ziyarət edib - FOTOLARSeymur Orucov avtoqəza keçirən şəhid qardaşını xəstəxanada ziyarət edib - FOTOLARSeymur Orucov avtoqəza keçirən şəhid qardaşını xəstəxanada ziyarət edib - FOTOLARSeymur Orucov avtoqəza keçirən şəhid qardaşını xəstəxanada ziyarət edib - FOTOLAR

Paylaş: