“Sabah” Yaradıcılıq Studiyası “Yad et məni” layihəsi çərçivəsində “Seyid Əzim Şirvani. Ustadi-Əzəm” bədii-sənədli filminin çəkilişlərini yekunlaşdırıb.
Globalinfo.az bildirir ki, bu barədə Kult.az-a AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən məlumat verilib.
Ekran işinin ssenari müəllifi Sirac Mustafayevdir. Filmdə Seyid Əzim Şirvani rolunu əməkdar artist Bəhruz Vaqifoğlu, Cabbarı Elşən Şıxəliyev, Mirzə Məhəmmədi Ramil Zeynalov, tələbə Tərlan rolunu isə Rəvan Qaçayev canlandırıb.
Bildirilib ki, filmdə klassik poeziyamızın görkəmli siması, təhsil və ictimai fikir tariximizdə orta əsr köhnəliyindən yeni dövrə körpü atmış maarifçilərdən biri olan böyük şair və təəssübkeş müəllimin 53 illik ömrünün bir neçə anı təsvir olunub.
Film oktyabrın 30-u, saat 18:00-da Mədəniyyət TV-də yayımlanacaq.