Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
Globalinfo.az bildirir ki, iclasda Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı müzakirə olunub.
Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyə edilib.
***10:00
Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir.
Globalinfo.az bildirir ki, iclasda Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı müzakirə olunur.
Toplantıda Daxili İşlər Nazirliyinin nümayəndələri, komitə üzvləri iştirak edirlər.
Qeyd edək ki, məlumatı Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edəcək.