Şeydayev növbəti oyunda iştirak etməyəcək – SƏBƏB

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev səfərdə Belçika yığmasına qarşı AVRO-2024-ün seçmə mərhələsinin sonuncu oyununda iştirak etməyəcək.

Globalinfo.az xəbər verir ki, buna 27 yaşlı hücumçunun hazırda davam edən İsveçlə matçda sarı vərəqə alması səbəb olub.

29-cu dəqiqədə hakimə etiraz etdiyi üçün xəbərdarlıq alan forvard cəzalı duruma düşüb.

Qeyd edək ki, Azərbaycan – İsveç oyununda ilk hissə oynanılır və yığmamız 2:0 hesabı ilə öndədir.

Noyabrın 19-da Brüsseldə reallaşacaq Belçika – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.