Sevinc Vaqifqızının ittiham olunduğu maddə açıqlandı

“Abzas Media” saytının baş redaktoru Sevinc Abbasovaya (Vaqifqızı) cinayət işi açılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, ötən gün eyni saytın direktoru Ülvi Həsənli də saxlanılıb. Onun barəsində də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara bu gün Xətai rayon məhkəməsində baxılacaq.

***09:19

“Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

S.Vaqifqızı xaricdən qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış aparılıb.

Məlumatı onun vəkili Elçin Sadıqov təsdiq edib.

Qeyd edək ki, ötən gün eyni saytın direktoru Ülvi Həsənli də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.