Sevgilisini şantaj edən transseksual həbs olundu

Bakıda görüşdüyü şəxsi şantaj edən və həmin şəxsin fotolarını paylaşan cinsi azlıq nümayəndəsi həbs edilib.

Globalinfo.az bildirir ki, hadisə Bakı şəhəri Nizami rayonunda baş verib. Bir neçə ay əvvəl özünü “Malış” ləqəbi ilə təqdim edən 2001-ci il təvəllüdlü S.Məmmədov (transseksual) oteldə görüşərək cinsi əlaqədə olduğu şəxsdən 400 manat pul tələb edib. Daha sonra həmin şəxsin pul vermədiyini görən cinsi azlıq nümayəndəsi özünə məxsus olan “larisa” adlı İnstagram səhifəsində onun fotolarını paylaşaraq “Bu pe..xu tanıyın. Kimlə görüşür pulunu vermir” sözlərini yazıb. S.Məmmədovun hədələrinin dayanmadığını görən zərərçəkmiş şəxs onun bank kartına 200, 50 və 30 manat olmaqla 3 dəfəyə 280 manat göndərdikdən sonra S.Məmmədov səhifəsindən həmin fotoları silib.

Lakin bir müddət sonra S.Məmmədov yenidən pul tələb etməyə başlayıb. Qarşı tərəfdən istədiyini ala bilmədikdə isə o, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən avtobus dayanacağına zərərçəkmiş şəxsin fotoşəkillərini yapışdıraraq altında mobil telefon nömrəsini qeyd etməklə nalayiq ifadələrlə sonuncunun transseksualla cinsi əlaqədə olub pulunu verməməsi məzmunlu yazı yazıb. Həmin vaxt cinsi azlıq nümayəndəsi görüşdüyü şəxsin fotoşəkilini mobil telefonla çəkməklə onun “WhatsApp» proqramı vasitəsi ilə göndərərək sonuncunu rüsvay edəcəyi hədəsini davam edərək istədiyi pulun qalan hissəsini verməsini tələb edib.

Fotoları yayılan şəxs polisə müraciət etdikdən sonra S.Məmmədov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb. Nizami rayon Məhkəməsinin bu ilin dekabrında verdiyi hökmlə ona 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Kərim
Globalinfo.az