Sevgilisindən Ronaldoya maraqlı hədiyyə – VİDEO

Kriştianu Ronaldonun sevgilisi Corcina Rodrigez ulduz futbolçuya avtomobil hədiyyə edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bununla bağlı görüntüləri instaqram hesabında paylaşıb.

Corcina Ronaldoya Yeni il bayramı münasibəti ilə “Rolls Royce” alıb. Bu avtomobilin qiyməti isə 370 min dollardır (629 min manat).

Ronaldo da instaqram hesabında Corcinaya təşəkkür edərək bu sözləri yazıb: “Təşəkkürlər, sevgilim”.