merakes

Mərakeşdən İspaniyanın Seuta və Melilya anklavlarına qeyri-qanuni miqrasiyanın kəskin artması bir neçə amillə bağlıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Mərakeşin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əsas səbəblər sosial şəbəkələrdə yayılan yalan məlumatlar, insan alveri ilə məşğul olan qruplaşmaların fəaliyyəti və İspaniya məhkəmələrinin qərarlarının yanlış şərh edilməsidir.

Qurumun məlumatına görə, məhkəmə qərarlarının səhv başa düşülməsi Mərakeş vətəndaşlarında Avropaya çatmağın artıq daha asan olduğu barədə təsəvvür formalaşdırıb.

Bundan əlavə, insanlar qanunsuz sərhəd keçidinin hüquqi nəticələrinin əvvəlki qədər ciddi olmayacağına inanmağa başlayıblar.

Qeyd edək ki, iyulun sonunda on minlərlə miqrant Şimali Afrikada yerləşən İspaniyanın muxtar şəhəri Seutaya qanunsuz daxil olub. Buna səbəb İspaniya Ali Məhkəməsinin qanunsuz miqrantların dərhal ölkədən çıxarılmasını qadağan etməsi və onlara sığınacaq üçün müraciət etmək imkanı verilməsini tələb edən qərarı olub.

Avqustun 2-də İspaniyanın La Sexta telekanalı Seutaya keçməyə cəhd zamanı həlak olan miqrantların sayının 90-a çatdığını, daha 1149 nəfərin isə tibbi yardıma ehtiyac duyduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: