İspaniyanın Şimali Afrikadakı Seuta şəhərində miqrant axınının artdığı dövrdə cinsi zorakılıqla bağlı hadisələrin qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, “Español” qəzetinin məlumatına görə, iyulun sonundan etibarən şəhərdə 15 cinsi zorakılıq hadisəsi qeydə alınıb.
Zərərçəkənlər arasında qadınlar və azyaşlı qızlar var. İki şübhəlinin saxlanıldığı qeyd olunur.
“Mundo”nun yazdığına görə, son hadisə avqustun 14-də baş verib. İddiaya əsasən, üç kişi 10 yaşlı qıza qarşı cinsi zorakılığa cəhd edib.
Seuta son dövrlərdə miqrant axınının əsas istiqamətlərindən birinə çevrilib. Şəhərdə sərhəd və təhlükəsizlik məsələləri ilə bağlı gərginlik də artıb.
Qeyd edək ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev daha əvvəl Seutaya miqrant axınının Avropanın multikulturalizm siyasətinin mümkün mənfi nəticələrinin yalnız başlanğıcı olduğunu iddia edib.
Tahir Turan
Globalinfo.az