Seulda izdiham nəticəsində ölənlərin sayı artdı

Cənubi Koreyanın paytaxtı Seulda Hellouin şənliyində izdiham nəticəsində ölənlərin sayı 156-ya yüksəlib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, izdiham nəticəsində 151 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən 40 nəfərdən 29-nun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, hadisə oktyabrın 29-u paytaxtın gecə həyatı ilə məşhur İthevon bölgəsində baş verib. On minlərlə gənc Hellouini qeyd etmək məqsədilə həmin ərazidə ensiz küçələrin birinə yollanıb.