Səudiyyədən neftlə bağlı mühüm qərar

Səudiyyə Ərəbistanı neft hasilatı azaldılmasını 2024-cü ilin ikinci rübünə qədər uzadacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyindəki mənbəyə istinadən Səudiyyə mətbuatı məlumat yayıb.

Əvvəlcə bu azalma 2023-cü ilin iyul ayınadək nəzərdə tutulsa da, sonradan bir neçə dəfə uzadılıb. Səudiyyə Ərəbistanının neft hasilatı 2024-cü ilin iyun ayına qədər sutkada 9 milyon barel olacaq.