4617851 683163855

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud Rusiyaya rəsmi səfər edib.

Globalinfo.az xəbər verir ki, şahzadə Faysal Moskva səfəri çərçivəsində Rusiya rəhbərliyi ilə görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, regional və beynəlxalq məsələlər ətrafında müzakirələrin aparılması planlaşdırılır.

Səfər çərçivəsində siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlıq məsələlərinin də gündəmdə olacağı gözlənilir.

Tahir Turan

Globalinfo.az

Paylaş: