
Rumıniyada prezidentliyə namizəd, ifrat sağçı siyasətçi Corce Simiion seçki ərəfəsində “TikTok” hesabını bağlayıb. Platforma nümayəndələri onun şəxsi təşəbbüslə hesabı sildiyini təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, Simiion bu addımını “səssizlik günü”nə riayət etmək məqsədilə atdığını bildirib. O, “Facebook” hesabını da müvəqqəti deaktiv edəcəyini, yalnız “X” platformasındakı rəsmi profilini açıq saxlayacağını bəyan edib.
Xatırladaq ki, Rumıniyada bir müddət əvvəl seçkilərin ilk turu “TikTok” üzərindən qanunsuz təbliğat səbəbilə ləğv edilmişdi. Hazırda Simiion 40,96 faiz səslə öndədir. Onun ardınca Buxarestin meri Nikuşor Dan (20,99 faiz) gəlir.
Aysel Əliyeva
Globalinfo.az