Sərxoş vəziyyətdə “Porşe” sürən sabiq vəzifəli şəxsin oğlu imiş

Bakıda bir neçə gün əvvəl “Porşe”nin sürücüsü içkili vəziyətdə tutulub. 

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Şıxaliyev Ramin Vidadi oğlu “Porşe” markalı avtomobili Nərimanov rayonunda sərxoş vəziyyətdə idarə etiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun spirtli içkinin təsirində olması müayinə ilə sübuta yetirilib. Ramin Şıxaliyevin qanında alkoqolun miqdarı həmin gün saat 02.02-də 4.177 faiz olub.

Şəxs əməlindən peşman olduğunu bildirib. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində protokol dərc edilib və iş məhkəməyə göndərilib.

Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə prosessinə Ramin Şıxaliyev qatılmayıb. Məhkəmənin vaxtı və yeri barədə məhkəmə bildiriş göndərsə də, o, iclasa gəlməyib və bunun səbəbi barədə məlumat verməyib.

Əldə etdiyimiz digər məlumata görə, Ramin Şıxaliyev sabiq vəzifəli şəxsin övladıdır.