meyit s

Bakıda 32 yaşlı kişi yanaraq ölüb.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən gecə saatlarında Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib.

Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Ramiz Romanoviç Yakuner saat 02 radələrində sərxoş vəziyyətdə Şüvəlandakı “Günəşli” nevroloji sanatoriyasının həyətində yerləşən transformatora girib. Nəticədə o, ağır yanıq xəsarətləri alıb.

Ağır termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan Ramiz Yakuner orada vəfat edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

474468434 1034528612028641 6154147470246648636 n

Ramiz Yakuner

Paylaş: