Şərur rayonundan olan çoban Şahbuzda minaya düşüb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Şahbuzun “Qanlıgöl” yaylağında Şərur rayonunun Mahmudkənd kəndinin sakini 2005-ci il təvəllüdlü Sultanov Bəxtiyar İslam oğlu minaya düşüb.
B.Sultanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.