Şərqi Zəngəzura köçürüləcək sakinlərin sayı açıqlandı

Şərqi Zəngəzur iqtisadi rayonuna 2026-cı ilin sonuna qədər təxminən 42 min sakinin köçürülməsi nəzərdə tutulub.

Globalinfo.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva deyib.

“Sakinlərin Zəngilan, Qubadlı və Cəbrayıl rayonuna köçürülməsi nəzərdə tutulub”, – deyə N.Qaracayeva qeyd edib.