metro 1

Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin tikinti mərhələsinə başlanılması prosesi ilə bağlı “Barometr TV”nin suallarını cavablandırıb.

Globalinfo.az xəbər verir ki, qurum rəsmisi metrodakı tikintiyə görə vətəndaşların əlavə pul itkisinə məruz qalmaması ilə bağlı çıxış yolu göstərib.

“Vətəndaşın əlavə 1 manat 20 qəpik itirməməsi üçün ekspres avtobusdan istifadə edə bilər. Sərnişinlər “Əhmədli” və ya “Koroğlu”dan “Elmlər”, “İnşaatçılar”, “20 Yanvar” istiqamətində metrodan istifadə etmədən həmin vəsaiti avtobusa xərcləməklə hərəkət edə bilər. Təbii ki, davamlı olaraq monitorinqlərimiz aparılacaq”, – o bildirib.

Paylaş: