Sərkisyan Paşinyanın sirrini açdı: Müharibə zamanı…

“2020-ci ildə Ermənistan ordusunun kifayət qədər döyüş sursatı və hərbi texnikası vardı. Ən güclü silahlarımız məlum olmayan səbəblərə görə istifadə edilməyib. Bu qədər qeyri-ciddi birinin ölkəyə baş nazirlik etməsi məni incidir”.

Globalinfo.az xəbər verir ki, bunu Etrmənistanın sabiq prezidenti Serj Sərkisyan deyib.

O, Ermənistan rəhbərliyinin silah almaması ilə bağlı əsassız açıqlamalar verdiyini bildirib:

“Bir rəhbər necə bu qədər qeyri-ciddi ola bilər axı? Müharibədə minlərlə insan iştirak edib, amma heç kim silah qıtlığından danışmayıb. 2018-ci ildən sonra heç bir döyüş sursatının alınmaması yalandır. Mövcud hakimiyyət kömək deyəndə nəyi nəzərdə tutur? Pulsuz silah məsələsindən danışırlar? Bunun nə olduğunu mətbuata açıqlamayacağam. Amma Ermənistan 2018-ci ildən sonrakı müddətdə son 10 illə müqayisədə daha çox sursat alıb”.

Ayşən Mustafa
Globalinfo.az