Sərkisyan ABŞ-nin planını açdı: “Rusiya Qafqazdan çıxarılır, daha sonra…”

İrəvanla Vaşinqton arasında son zamanlar kontaktların aktivləşməsi ikitərəfli gündəmin zənginləşməsinə yox, ABŞ-nin regiondakı maraqlarının təmin edilməsinə yönəlib.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Suren Sərkisyan deyib.

Onun sözlərinə görə, ABŞ Qarabağ probleminin və Ermənistan-Türkiyə münasibətlərinin həlli ilə bağlı imkan görəndə bölgədə aktivləşir:

“Vaşinqtonun bölgədəki siyasətinin əsas məqsədi Rusiyanı regiondan çıxarmaqdır. Regiondakı üç ölkədən heç biri ABŞ-nin bölgədəki ciddi tərəfdaşı ola bilməz. Vaşinqtonun Qafqazdakı ən ciddi və nüfuzlu tərəfdaşı ilk növbədə Türkiyədir. Bu, NATO xətti ilə müttəfiqlikdir. Digər güclər – Rusiya və İran isə ABŞ-nin rəqibləridirlər. Ona görə də Rusiyanın regiondakı mövqeyinin zəifləməsi Türkiyənin burada güclənməsinə gətirib çıxarır. ABŞ-nin birbaşa özü yox, müttəfiqi Türkiyə burada böyük rol oynayacaq ki, o da Rusiya və İrana meydan oxumaq gücündədir”.

İlkin
Globalinfo.az