serj serkisyan

Ermənistanın 3-cü prezidenti Serj Sərkisyan sentyabrda keçirilən antiterror əməliyyatları zamanı səsləndirdiyi və müzakirələrə səbəb olan fikirlərindən danışıb. 

Globalinfo.az xəbər verir ki, Xocalı qatili “mənim üçün “artsax” səhifəsi bağlanmayıb” fikrini niyə səsləndirdiyini zamanı gələndə açıqlayacağını bildirib.

“Vaxt gələcək, mən bununla nəyi nəzərdə tutuduğumu təfərrüatları ilə izah edəcəyəm. Qarabağdan köçən ermənilərin geri qayıtması arzuolunandır. Lakin bunun üçün şərtlər uyğun olmalıdır”, – S.Sərkisyan deyib.

Qeyd edək ki, mövcud reallığı qəbul edə bilməyən Sərkisyanın belə fikirləri hətta erməni ictimaiyyətində də gülüşlə qarşılanır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: