Azərbaycan-Ermənistan sərhədində vəziyyət necədir? – RƏSMİ

“Hazırda Azərbaycan və Ermənistan şərti sərhədində vəziyyət nisbətən sabitdir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını bildirdi. Hazırda Qarabağda döyüşlərin getdiyi bir zamanda rəsmi İrəvanın məsələyə münasibət bildirməməsi və Ermənistan Müdafiə Nazirliyinin bununla deyil, sərhəddəki vəziyyətlə bağlı məlumat yayması separatçıları qəzəbləndirib. Erməni ictimaiyyəti və separatçılar İrəvanın aretıq Xankəndini görməzdən gəldiyini bildirib.

Ayşən Mustafa
Globalinfo.az