“Hazırda Azərbaycanla müharibə təhlükəsi yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eduard Asryan deyib.
O, iki ölkənin sərhəd xəttində vəziyyətin sabit olduğunu bildirib:
“İndiki məqamda hər hansı təhlükə və təhdid yoxdur. Sərhəddə vəziyyət sabitdir. Eskalasiya riskinin olduğunu düşünmürəm”.
Əliyar Xəlil
Globalinfo.az