Sərhəddə nələr baş verir: ermənilər atışma xəbəri yaydılar və… – VİDEO

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya Zod istiqamətində atəş açdığını iddia ediblər.

Globalinfo.az xəbər verir ki, məlumatda atəşkəsin ötən gün gecə saatlarında pozulduğu iddia edilib.

Bir başqa məqam atəşkəsin müxtəlif çaplı silahlardan pozulduğunun vurğulanmasıdır.

Ermənistanda bəzi ekspertlərin yeni hərbi toqquşma anonsunu verdiyi bir vaxtda məlum nazirliyin belə bir açıqlama yayması diqqət çəkir. Adətən, Ermənistan Müdafiə Nazirliyi sərhəddə vəziyyəti gərginləşdirməzdən əvvəl belə açıqlamalar yayır.

Bu fonda ötən gün erməni snayperin hərbçilərimizi hədəfə alıb çəkməsi və bunun görüntülərini yayması da birmənalı qarşılana bilməz.

İrəvanda keçirilən idman yarışında əvvəlcə Bayrağımızın yandırılması, daha sonra Türkiyə Bayrağı ilə cırılmış halda asılması Ermənistanda sülh prosesinə mane olmaq istəyən kifayət qədər ciddi qüvvələrin olduğunu deməyə əsas verir.

Son proseslər göstərir ki, Bakı və İrəvan arasında sülhün təmin edilməsini istəməyən qüvvələr yeni fazaya keçiblər. Bu baxımdan sərhəddə növbəti təxribatın olacağını proqnozlaşdırmaq mümkündür.

Tamerlan Yayaqan
Globalinfo.az