Sərhəddə nə baş verir? – Müdafiə Nazirliyi məlumat yaydı

Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yayıb.

Məlumatda vurğulanıb ki, qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik.