Sərhəddə gərginlik: erməni komandirlər təcili toplandı

Ermənistanın müdafiə naziri Suren Papikyan müşavirə keçirib.

Globalinfo.az xəbər verir ki, iclasda Müdafiə Nazirliyi, silahlı qüvvələr və Baş Qərargahın rəhbərliyi, həmçinin ordu birləşmələrinin başçıları iştirak ediblər.

İclasın sonunda Suren Papikyanın ordu birləşmələrinin komandanlarına tapşırıqlar verdiyi bildirilir.

Xatırladaq ki, sözügedən iclas Azərbaycanla sərhəddə gərginlik yarandığı bir vaxtda yaşanıb.

Tamerlan Yayaqan
Globalinfo.az