Ermənilərə məxsus 700-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” keçid məntəqəsini keçmək üçün gözləyir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Hazırda keçid məntəqəsində ümumilikdə 2170 avtomobilin gözləyir. Onlardan 677-si ermənilərə məxsusdur.
Yolun bağlanma səbəbinin hava şəraiti olduğu bildirilir.