Şoyquya qarşı sui-qəsd cəhdi oldu – VİDEO

Şoyquya qarşı sui-qəsd cəhdi oldu – VİDEO

“Ukraynanın sifarişi ilə Moskvada Troyekurovskoye qəbiristanlığında Sergey Şoyquya sui-qəsd cəhdi olub”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Rusiya mediası çıxış edib.

Hücum noyabrın 12-də, keçmiş müdafiə nazirinin anasının ölümünün ildönümünə planlaşdırılıb. Cinayətkar dəstə Şoyqunu partlayışla öldürməyə cəhd edib.

Partlayışı təşkil etmək və həyata keçirmək üçün cinayətkarlar Rusiyada qətlsilah saxlama ittihamı ilə axtarışda olan tacik miqrantı ilə yanaşı, narkotik aludəçisi olan şəxsləri işə cəlb ediblər.

Noyabrın 14-də FSB əldəqayırma bombanın zərərsizləşdirilməsi və üçlüyün həbsinin videosunu yayıb.

Onları ömürlük həbs cəzası gözləyir”, – məlumatda bildirilib.

Tahir Turan
Globalinfo.az