Sergey Lavrov: “Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir”

Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, bildirib ki, rəsmi Moskva Ukrayna ilə danışıqlardan boyun qaçırmır.

“Lakin Ukraynanın danışıqlardan çəkilməsi prosesi çətinləşdirir” – Lavrov qeyd edib.

Rusiya XİN başçısı xatırladıb ki, Moskvanın mövqeyini Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya rəhbərləri ilə görüşündə bildirib. “Prezident görüş iştirakçılarına müraciət edərək deyib ki, danışıqlardan imtina etmirik, lakin imtina edənlər başa düşməlidirlər ki, bu prosesi nə qədər gecikdirsələr, bizimlə danışıqlar aparmaq o qədər çətin olacaq”, – nazir vurğulayıb.