Qumarda hər şeyini itirən türkiyəli müğənni Serdar Ortaç sonuncu villasını da satmaq qərarına gəlib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müğənni İstinye bölgəsində yerləşən villasını 10 milyon dollara (16 milyon 83 min manat) satışa çıxarır.
S.Ortaçın lüks villasında 8 otaq, 4 qonaq otağı və 4 hamam var.
Qeyd edək ki, 15 evini itirən pop ulduzu maddi sıxıntılarla yanaşı, həm də sağlamlıq problemi də yaşayır. Belə ki, o, MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkir.