Avropada gərginlik pik həddə: yeni müharibə qapıda…

Serbiya-Kosovo sərhədində vəziyyət gərgin olaraq qalır.

Globalinfo.az xəbər verir ki, dünən gecə saatlarında Kosovonun fəaliyyətinə cavab olaraq Serbiya Təhlükəsizlik Şurası toplanıb. Uzun müddət davam edən iclasdan sonra Serbiyaya məxsus xüsusi təyinatlı dəstə kolonunun Kosovoya doğru irəlilədiyi qeydə alınıb. Analoji addım Priştina tərəfindən də atılıb.

Serbiya Prezidenti Aleksandr Vuçiç yaranmış gərginliklə əlaqədar NATO ölkələrinə müraciət edəcəyini bildirib. Bununla belə, ABŞ-nin Priştina və Belqraddakı səfirlikləri tərəfləri təmkinli olmağa çağırıb. Ən sərt reaksiya Almaniyadan gəlib. Rəsmi Berlin Belqradı gərginliyi artırmaqda ittiham edib.

Maraqlı məqam isə bu gün Kosovo sərhədinə yaxın məsafədə yerləşən Valevo şəhərində Serbiya ordusunun kolonları görünməsidir.

Qeyd edək ki, tərəflər arasında vəziyyət Kosovonun serblərin yaşadığı bölgədə aktiv əməliyyat keçirməsindən sonra başlayıb.

Globalinfo.az