Separatçıların “rəsmisi”: “Moskva Bakının təklifini qəbul etməyimizi istəyir”

“ABŞ Bakı ilə Xankəndi erməniləri arasında Avropa şəhərlərindən birində danışıqlar keçirməyə çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu separatçı oyuncaq “rejimin” nümayəndələrindən Tiqran Petrosyan deyib.

O, avqustun 1-də bu istiqamətdə Qarabağ ermənilərinin və Bakının QHT-ləri arasında görüşün planlaşdırıldığını, amma Bakının buna razı olmadığını bildirib:

“Azərbaycan bizimlə danışıqların Bakı və Yevlaxda keçirilməsini təklif edir. Rusiya QHT-lərin Sofiyada keçirilməsi planlanan təmaslarına qarşılıq olaraq iyulun 25-də üçtərəfli görüş təşkil etdi. Sergey Lavrov da elə bu görüşdə bizi “milli azlıq” adlandırdı. Moskva Azərbaycanın maraqlarına uyğun olaraq Yevlaxda görüşün keçirilməsi fikrini dəstəkləyir və bizə bunu diqtə edir. Gələcəkdə Bak-Xankəndi dialoqunun ABŞ-ın dediyi kimi Avropa ölkələrindən birində keçirilməsi üçün İrəvana xarici nümayəndələr gələcək. Ermənistan hökuməti ilə bu məsələ müzakirə olunacaq”.

Ayşən Mustafa
Globalinfo.az