Separatçıların hiyləsi ifşa oldu: Xankəndidən görüntülər hər şeyi üzə çıxardı – VİDEO

Erməni separatçıları dünya ictimaiyyətində məzlum obrazına bürünmək üçün bir çox yalanlara əl atırlar.

Globalinfo.az xəbər verir ki, separatçıların Xankəndidə yanacaq çatışmazlığı iddilarının mif olduğunu əks etdirən kadrlar yayılıb.

Kadrlarda avtobusun Xankəndidə sərnişindaşıma ilə məşğul olduğu görünür. Üstəlik bu xidmətin pulsuz olduğu bildirilir. Bununla yanaşı kadrlarda yolda bir sıra digər nəqliyyat vasitələrinin də hərəkəti müşahidə olunur ki, bu da yanacaqla bağlı iddiaların saxta olduğunu göstərir.