Ağdam-Xankəndi yolu barədə yeni qərar

Qarabağdakı separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya sülhməramlılarının yüklərinin Laçın dəhlizi və Ağdam-Xankəndi marşrutu üzrə paralel şəkildə çatdırılması təklifini qəbul ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

Daşınmalar BQXK-nın maşınları ilə yerinə yetiriləcək.

Separatçılar qərarı vəziyyətin getdikcə daha da ağırlaşması ilə əlaqələndiriblər.

Tamerlan Yayaqan
Globalinfo.az