Separatçılar təşviş içində: Çörək olmayacaq, aclıq başlayacaq

Qarabağ separatçılarının aciz durumunu ifadə edən növbəti xəbər yayılıb.

Globalinfo.az xəbər verir ki, qarşıdakı iki-üç gün ərzində separatçıların çörək istehsalını azaldacağı gözlənilir.

Sözügedən məlumat ermənilər arasında təşvişə səbəb olub və onlar ac qalacaqları qorxusuna qapılıblar.

Çörək istehsalının azalması prosesinin səbəbi də bəlli olub. Belə ki, separatçılar biçilən taxılı üyütməkdə problem yaşayırlar. Buna səbəb məhsulun həddən artıq yağıntıya görə nəm olmasıdır. Bu öz növbəsində un istehsalını, un istehsalı isə çörək hazırlanması prosesini ləngidir.

Əliyar Xəlil
Globalinfo.az