Separatçılar Sərsəng su anbarını qurudur – VİDEO

Tərtər rayonunda yerləşən Sərsəng su anbarının suyu quruyur.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, buna səbəb separatçıların Sərsəng su anbarında ekoloji fəlakət törətmələridir.

Anbarın suyundan məqsədyönlü istifadə edilməməsi, eyni zamanda kənar müdaxilələrə yol verilməsi anbardan suvarma məqsədilə istifadə edilməsini mümkünsüz edir. Bu da öz növbəsində təkcə su anbarı üçün deyil, eyni zamanda, ətraf ərazi üçün də böyük həcmdə ekoloji fəlakət yarada bilər.