Separatçı rejim humanitar yardımla bağlı qərarını açıqladı – YENİLƏNDİ

Rusiyanın Qızıl Xaç Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə göndərdiyi ərzaq yardımı qəbul ediləcək.

Ekspertlər bildirirlər ki, bu, Bakının növbəti qələbəsidir, çünki Qarabağa qida və digər zəruri mallar məhz bölgənin tamhüquqlu və suveren sahibi – Azərbaycanın ərazisindən keçməklə göndəriləcək.

***21:24

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçılar Ağdam-Xankəndi yolu üzərindən humanitar yük qəbul edəcəyini açıqlayıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə separatçı rejimin “informasiya mərkəzi” məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində ərzaq yükü olan iki TIR 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Eyni zamanda, Rusiya da eyni yolla keçən marşrutla Qarabağa humanitar yardım göndərib.