Separatçı rejimin müraciəti rədd edildi

Ermənistan parlamentinin bu gün baş tutan iclası təcili başa çatdırıla bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Məlumata görə, müxalifətin müdaxiləsi olmayacağı halda parlamentin gündəliyinə çıxarılan məsələlərin tez-tələsik qəbul edilməsi gözlənilir:

“Bəzi mənbələrə görə, hakimiyyət məqsədli şəkil belə addım atır. Son zamanlar Qarabağ ətrafında arzuolunmaz hadisələr hakim partiyanın üzvlərində təşviş yaradıb. Onlar ictimai qiyamın yaşanacağından qorxurlar. Deputatlar yersiz bəyanatlar verib, ictimaiyyət arasında panikanı alovlandırmaq istəmirlər”.

Ermənistan mediası öz mənbələrinə istinadən yazır ki, qondarma rejimin Ermənistan parlamentinə “parlamentlərarası birgə komissiyanın təcili iclasının” onlayn rejimdə keçirilməsi ilə bağlı göndərdiyi sorğuya İrəvandan rədd cavabı gəlib.

İlkin Həsənov
Globalinfo.az