Xankəndidəki separatçı rejimin ləğvinə doğru… – Araikdən son həmlə

“Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasından sonra separatçıların qondarma “konstitusiya dəyişikliyi layihəsi”ni yenidən müzakirəyə çıxarması diqqət çəkir: qondarma “prezident” səlahiyyətləri azaldılır, “yarım-prezidentlik” modelinə keçmək, qondarma “parlmentə” daha çox “səlahiyyət” vermək istəyirlər”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, sözügedən addımın iki mümkün hədəfi görünür:

“Birincisi, Araik Azərbaycanın Xankəndinə qayıdışı perspektivi fonunda məsuliyyəti tam üzərinə götürmək istəmir: Laçın yolunda aksiya başlandıqdan sonra “istefa” verib qaçmaq haqda da düşünürdü, lakin ruslar icazə vermədi. Postun qurulmasından sonra baş verəcək hadisələrə görə əsas günahkar olacağını anladığı üçün məsuliyyəti bölüşdürür.

İkincisi, separatçı rejimin ləğv edilməsi təhlükəsinə qarşı qondarma “parlamentin” önə çəkildiyi görünür: bu, həm bir şəxsin – Araikin sıradan çıxarılması ilə rejimin faktiki ləğvinin qarşısını almağa, həm də “erməni əhalisinin seçimi haqda “parlament” qərar verir” əsasını yaratmağa hesablanıb;

Belə demək mümkünsə, “evcik-evcik” oyunayırlar”.

Ayşən Mustafa
Globalinfo.az