iran tramp

ABŞ Prezidenti Donald Trampın qarşısında iki seçim var”.

Globalinfo.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilir ki, ABŞ ya “reallaşdırılması mümkün olmayan hərbi əməliyyat”, ya da İranla “əlverişsiz razılaşma” arasında qərar verməlidir.

İran tərəfi hesab edir ki, ABŞ üçün qərarvermə imkanları getdikcə daralır və mövcud vəziyyət Vaşinqton üçün daha mürəkkəb hala gəlir.

Eyni zamanda qeyd olunur ki, regionda baş verən hadisələr və beynəlxalq aktorların mövqeyi bu prosesə təsir göstərir.

Tehran bəyan edir ki, ABŞ-ın addımlarına cavab olaraq danışıqlar üçün əvvəlki şərtlər artıq əvvəlki əhəmiyyətini itirib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: