170527624

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində qanunsuz yanacaq daşıyan iki tankeri ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Nəşrin iddiasına görə, saxlanılan iki gəmi Fars adasının ətrafındakı sularda yanacaq qaçaqmalçılığı ilə məşğul olub. Tankerdə bir milyon litrdən çox yanacaq aşkarlanıb. 

SEPAH qüvvələri 15 nəfərdən ibarət ekipaj üzvünü İran polisinə təhvil verib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: