SEPAH Bakını müdafiə edən türk kəşfiyyatçını hədələdi, cavabını aldı

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) sabiq əməkdaşı, kəşfiyyat mütəxəssisi, akademik Əli Burak Darıcılı İran kəşfiyyatı ilə bağlı müsahibəsindən sonra ağır təhdidlərə məruz qaldığını bildirib.

Globalinfo.az xəbər verir ki, mütəxəssis bir neçə gün öncə İran kəşfiyyatının potensialını, Azərbaycandakı fəaliyyətini dəyərləndirib və uğursuz olduğunu deyib, həmçinin MOSSAD-ın İran daxilindəki gücündən söz açıb.

Ə.B.Darıcılı bundan sonra sosial şəbəkələr və e-mail hesabları vasitəsilə ağır təhdid və təhqirlərə məruz qaldığını açıqlayıb. Mütəxəssis, hətta birinin SEPAH-ın uniformasının fotosunu göndərdiyini söyləyərək onu təhdid edənləri axmaq adlandırıb və əsla qorxmadığını bildirib.

Qeyd edək ki, Ə.B.Darıcılı 15 il müddətində Türkiyə Milli Kəşfiyyat İdarəsində (MİT) çalışıb.

Ayşən Mustafa
Globalinfo.az