SEPAH Azərbaycanda terrora hazırlaşır? – Bu ölkənin səfirliyinə hücum ola bilər

İsrailin Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirməsi və generalların, diplomatların ölməsindən sonra SEPAH-a bağlı hesablar İsrailin Bakıdakı səfirliyinə hücuma çağırış ediblər.

İranın sosial şəbəkələrdə fəal olan bəzi siyasi və hərbi xadimləri də bunu “qətiyyətli” və “ağır qisas” kimi şərh ediblər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, İranın “ən məxfi qutusu” SEPAH 2024-cü il girəndən bəri İsrailin intensiv zərbələri qarşısında aciz duruma düşür:

“İsrail İranın Yaxın Şərqdəki SEPAH zabitlərinin qeyri-adi dərəcədə nüfuzlu və geniş çevrəsi olanları hədəfə alır. Zərbələrin əsasən Suriyada endirilməsi isə diqqət çəkir. İsrail bununla İranın Suriya vasitəsilə Livandakı Hizbullahla qurduğu əməliyyatlara cavab vermiş olur.

As result of Israeli strike, Iranian consulate in Damascus destroyed, commander of SEPAH killed (PHOTO/VIDEO)

1 aprel 2024-cü il. İsrail Suriyadakı İran konsulluğuna hücum edib.

İranın Suriyadakı qərargahları Tehranın Yaxın Şərqdə inkişaf etdirdiyi qeyri-dövlət aktorlarını kurasiya edir.

İranın əsas vəkili sayılan Hizbullahın silah təchizatlarının marşrutları Suriyadan keçirir və Tehran bununla İsrailə qarşı Livanın cənubundan hücum kampaniyasını dəstəklədiyini nümayiş etdirir. Ancaq İran və onun proksi qüvvələri İsrailə qarşı kəskinləşən hərəkat yaratmaqda çətinliklərlə üz-üzədirlər. Belə çətinliklərin öhdəsindən gəlmək müşkülə çevrilir, ancaq İran silahlı dəstələr vasitəsilə rəqibi İsrailə qarşı kampaniyanı davam etdirməkdən də çəkinmir.

Bu kampaniyanı iki kateqoriyaya bölmək olar:

Birincisi, İran ABŞ və İsrail müttəfiqliyinin Yaxın Şərqdəki təminatçısına çevrilən hərbi bazaları hədəfə alaraq hibrid müharibə apara bilər.

İkincisi, israilli nüfuzlu insanlara, diplomatlara bir neçə il əvvəl planlaşdırılan sui-qəsd niyyətlərinin yenidən intensivləşməsi ehtimalı var.

Söz yox ki, İsrail qabaqcıl texnologiyalar və kəşfiyyat bazarlarına çıxışı ilə İranın belə planlarının da qarşısını almağa qadir olduğunu dəfələrlə nümayiş etdirib”.

Globalinfo.az xatırladır ki, ABŞ-ın İran üzrə xüsusi elçisi Abram Peyli Azərbaycanda səfərdə olub. Onun Bakıda keçirdiyi görüşlər diqqət çəkir. Abram Peyli Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə görüşüb. Peylinin ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşdüyü bildirilir. ABŞ rəsmisnin Bakıda İsrail səfiri ilə görüşməsi olduqca ciddi mətləblərdən xəbər verir. ABŞ-ın xüsusi elçisinin Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə görüşü də mühüm detallardan sayılır.

Hikmət Hacıyev, Abram Peyli və Mark Libbi

Bu səfər və təmaslar SEPAH, İrana bağlı digər təşkilatların Bakıdakı ABŞ, İsrail səfirliklərinə, diplomatlarına qarşı gözlənilən terror planlarını önləmək məqsədi də daşıya bilər.

Turan Rzayev
Globalinfo.az