“47 il idi ki, Hörmüz boğazını bağlayacağımızı deyirdik. Bu gün dəniz qüvvələrinin cəsur övladları artıq Hörmüz boğazının “tormozunu çəkiblər” və dünya iqtisadiyyatı ilə enerji sistemini alt-üst ediblər”.
Globalinfo.az xəbər verir ki, bunu SEPAH komandiri Hossein Yekta deyib.
Qeyd edək ki, H.Yekta dekabr etirazları və ABŞ-la İsrailin İranla qarşıdurması zamanı dəfələrlə dövlət televiziyasında danışıb.
O, İran vətəndaşlarını, xüsusilə uşaqların və yeniyetmələrin valideynlərini təhdid edib.
Safura Bənnayeva
Globalinfo.az